Premyer-liqanın 8-ci turunda “İmişli” “Turan Tovuz”u minimal hesabla məğlub edib.
Matçdan sonra “pələnglər”in məşqçisi Ervins Perkons mətbuat konfransı keçirib.
– Futbolçulara təşəkkür etmək istəyirəm. İlk hissədə möhtəşəm performans göstərdilər və rəqibə rahatlıq vermədilər. İkinci hissədə bir neçə epizoddan yararlana bilməsək də, nəticədə qələbə qazandıq.
– Bu gün qələbə qazanmaq üçün nələri dəyişdiz?
– Əsasən təzyiqə və enerjiyə üstünlük verdik. Topu geri qazanmağa çalışdıq və rəqibin zəif tərəflərinə fokuslandıq. Bir neçə seçim etdik, komandanın düzülüşünü dəyişdik.
– Komandanın yeni baş məşqçisi olmağa hazırsız?
– Bu məsələdən uzağam. Baş məşqçi olmadığı üçün bu gün komandanı mən hazırladım. Əlimdən gələni etdim. Bu sualı daha çox klub rəhbərliyinə ünvanlamaq lazımdı.
– Klub rəhbərliyi ilə fəaliyyətinizi davam etdirmək barədə danışığınız olub?
– Bu barədə danışmaq istəmirəm. Əsas məqsədimiz qələbə qazanmaq idi və buna nail olduq. Rəhbərlik də məni təbrik etdi.
– Aleksandr Starkovdan sonra Azərbaycan klubunu çalışdıran ikinci latviyalı məşqçisiz. Bu barədə məlumatınız var idi?
– Aleksandr Starkov Pro məşqçilik kursunda mentorum olub. Onunla tez-tez görüşürdük. Bura gələndə də onunla görüşdüm və Azərbaycana gəlməyimlə bağlı fikrini soruşdum. O da mənə uğurlar arzuladı.
İSRAYIL XEYRULLAYEV
“Bu sualı daha çox klub rəhbərliyinə ünvanlamaq lazımdı” - Ervins Perkons
Ölkə futbolu / Manşet





