“Oyundan əvvəl türklərə qarşı səsləndirilən irqçı şüarlar. “Traktor” futbolçularının namusuna qarşı yönəlmiş təhqiramiz şüarlar”.
Klubun sahibi Məhəmməd Rza Zunuzi də Ənzəlidə, “Sirus Qayəqran” stadionunda baş verən hadisələri kəskin şəkildə pisləyib:
“Bu gün tribunlarda xoşagəlməz hadisələrin baş verə biləcəyini gözlədiyimiz üçün ümid edirdik ki, meydan sahibi komanda İran futbolunun çempionunu başqa cür qarşılayacaq. Lakin təəssüf ki, futbolçulara, “Traktor” komandasına və etnik TÜRK kimliyimizə qarşı ən iyrənc şüarlar səsləndirildi.
Kütləvi şəkildə səsləndirilən bu təhqirləri inkar etmək mümkün deyil. Telefonum bizə qarşı təhqirlərin yer aldığı videolarla doludu. Axı biz nə etmişik? “Traktor” klubunun sahibi olaraq vurğulayıram ki, İran Futbol Federasiyası təzyiqlərə boyun əymədən bu məsələyə ədalətli şəkildə müdaxilə etməli və belə hadisələrin təkrarlanmasının qarşısını almalıdı. Bu qədər təhqirdən sonra nəticə bizim əleyhimizə elan ediləcəksə, ‘Traktor’ Pro Liqadan çəkiləcək və Futbol Federasiyasına qarşı İdman Arbitraj Məhkəməsində (CAS) və FİFA-da iddia qaldıracaq. Cənab Tac, Futbol Federasiyasının prezidenti, əvvəllər azarkeşləri irqçi şüarlar səsləndirən komandaların oyun nəticəsinin 3:0 elan ediləcəyini bildirməmişdimi? Buyurun, meydan da, fürsət də! İndi həmin vədləri yerinə yetirməyin vaxtıdı. Üç xal xalqımızın və etnik kimliyimizin yanında heç nədi! Mən buna dözməyəcəyəm. Lənət olsun belə futbola!”