Kovaçeviç: ''Yuve'' Vlahoviçi əldən buraxmamalı idi''

18.10.2026 21:00 72
Dünya futbolu
Öz dönəminin tanınmış forvardlarından olan, ''Real Sosyedad'', ''Yuventus'', ''Latsio'', ''Olimpiakos'' kimi tanınmış klublarda top qovan serbiyalı Darko Kovaçeviç həmyerlisi Duşan Vlahoviçlə bağlı açıqlamalar verib.

Hazırda 52 yaşı olan Kovaçeviç bir dönəm ''Real Sosyedad''da türkiyəli Nihat Kahveci ilə əla tandem qurması ilə tanınmışdı. ''Yuventus''da 1999-2001-ci illərdə çıxış etmiş Kovaçeviçin fikrincə, Turin nəhəngi Vlahoviç ilə vidalaşmamalı idi:

''Vlahoviç ağ-qara rəngləri sevir. Karyerasında 4 klubdan 3-nün - ''Partizan'', ''Yuventus'' və ''Beşiktaş''ın rəngləri məhz ağ-qaradı. Oynadığı klublardan yalnız ''Fiorentina''nın rəngləri fərqlidi. Vlahoviçin oyunu ''Yuventus''un özünün sərgiləyəcəyi performansdan asılı idi. Bəlkə də ayrıldığına peşman olacaq. Spallettinin hazırda məhz onun kimi bir mərkəz hücumçusuna ehtiyacı var. Məncə, ''Yuve'' Vlahoviçi əldən buraxmamalı idi''.

Yeri gəlmişkən, tanınmış forvard mədə problemini geridə qoyub və komandasına yardım etməyə hazırdı. Bilindiyi kimi Vlahoviç mədəsində yaranan problem üzündən Avropa Liqasında ''Hoffenhaym''a qarşı oyunu buraxmalı olmuşdu. Amma onun bazar ertəsi ''Trabzonspor''a qarşı oyunda start heyətində meydana çıxacağı gözlənilir. ''Hoffenhaym''a iki qol vuraraq qəhrəmana çevrilən Hyın Qyu O isə bu dəfə ehtiyatda qalacaq.

Vlahoviç Türkiyə karyerasında hələ ki, 8 rəsmi oyuna 6 qol sığışdırıb.