Bəs bu məsələ Peşəkar Futbol Liqasının yeni mövsümlə bağlı planlarına daxildimi? "Football-plus az"ın sualını qurumun Media və marketinq direktoru Sənan Abdullayev cavabladı:
"1-ci liqanın yayınlanması ötən mövsümdəki kimi davam edəcək. Azarkeşlər bütün matçları "1-ci liqa/2-ci liqa" "yutub" kanalı vasitəsi ilə canlı izləyə biləcək. Hər turda azı bir matç üç kamera ilə, şərhçinin təqdimatında yayınlanacaq. Əlbəttə, biz də 1-ci liqanın televiziyada yayınlanmasını arzulayırıq. Bu istiqamətdə plan var. Qarşıdakı vaxtda bu məqsədlə televiziya kanallarıyla danışıq aparmaq niyyətindəyik. Ancaq burda əsas rolu stadionların infrastrukturu oynayır. Klubların harda oynamasından da çox şey asılıdı. Vəziyyət uyğun olsa, heç olmasa, mərkəzi və liderlər arasında olan qarşılaşmaları televiziya vasitəsilə yayınlayacağıq".
KƏNAN BAHADIR





