1-ci liqanın daha bir oyunu "CBC Sport"da

14.09.2024 14:32 195
Ölkə futbolu
1-ci liqanın daha bir oyunu "CBC Sport"da canlı yayınlanacaq.

"Football-plus.az" xəbər verir ki, II turun “Baku Sportinq” – MOİK qarşılşması “CBC Sport” telekanalı vasitəsilə canlı nümayiş olunacaq.

Sentyabr 19-da saat 16.00-da başlayacaq görüş “Baku Sportinq Arena”da (Buzovna qəsəbə stadionu) keçiriləcək.

Qeyd edək ki, ilk turun "Qəbələ" - "Zaqatala" matçı da "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanıb.