Bu barədə telekanalın idman direktoru Rövşən Binnətli "feysbuk" hesabında məlumat verib. Görəsən, matçların canlı yayınlanması nə vaxtdan başlayacaq? Bu sualı həmkarımız Rövşən Binnətliyə ünvanladıq.
O, "Football-plus.az"a açıqlamasında bunları dedi:
"Bəli, artıq premyer-liqanın oyunlarının yayınlanması barədə razılaşma əldə olunub. Artıq bu gün açılış matçı olan "Bernli" - "Mançester Siti" qarşılaşması da telekanalımız vasitəsilə canlı yayınlanacaq".
Rövşən bəy başqa "böyük beşlik" ölkələri çempionatlarının "İdman TV-də yayınlanmaq perspektivi haqda sual da belə cavab verdi:
"Başqa liqaların oyunlarının telekanalımızda yayınlanması barədə konkret nəsə deyə bilmərəm. Bunu zaman göstərəcək".
Qeyd edək ki, "Bernli" - "Mançester Siti" oyunu Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
CAVİD ƏLİYEV


