“Qarabağ” - “Qalatasaray” oyunu “Haber Global”da canlı yayınlanacaq

23.03.2023 13:09 636
Maraqlı
“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayınlayacaq.

"Football-plus.az" xəbər verir ki, futbol azarkeşləri həmin kanal vasitəsilə martın 26-da baş tutacaq qarşılaşmanı izləyə biləcəklər.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş saat 20
00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” matçının bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.