"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

1.07.2025 16:58 25
Ölkə futbolu
"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.

"Football-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq.

İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Xarkov “Metallist”i olacaq. Qarşılaşma Bakı vaxtı ilə 19.30-da) başlayacaq.

İyulun 11-də “Qarabağ” “Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar Bakı vaxtı ilə 17.00 və 19.15-də start götürəcək.

İyulun 15-də toplanışın son matçında rəqib “Zalsburq” (Avstriya) olacaq. Görüş Bakı vaxtı ilə 20.00-da başlayacaq. Qarşılaşmaların dördü də "Kaprun" stadionunda keçiriləcək.

Xatırladaq ki, hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul