"Qarabağ"ın Avstriyadakı rəqiblərindən biri bəlli olub

15.06.2023 12:26 266
Ölkə futbolu
"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi Polşanın "Legiya" komandası ilə qarşılaşacaq.

İyulun 1-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 20.00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" Avstriyaya iyunun 22-də yollanacaq.