"Qarabağ" Avstriya nəhəngi ilə qarşılaşacaq

29.06.2025 18:52 38
Ölkə futbolu
“Qarabağ”ın Avstriyada keçiriləcək təlim-məşq toplanışında daha bir rəqibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, ölkə çempionu “Zalstburq”la yoldaşlıq oyunu keçirəcək. Bu barədə Avstriya klubunun mətbuat xidməti məlumat yayıb.

Görüş iyulun 15-də baş tutacaq və matça Bakı vaxtı ilə saat 20.00-da start veriləcək. Xatırladaq ki, hazırlığın Avstriya mərhələsində Ağdam təmsilçisi iyulun 7-də Ukraynanın “Metalist 1925” klubu ilə də qüvvəsini sınayacaq.