"Qarabağ"ın hazırlıq planı

7.06.2025 17:51 26
Ölkə futbolu
"Qarabağ"ın növbəti mövsüm üçün hazırlıq planı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Bakıdakı məşqlərə iyunun 18-də start veriləcək.

Paytaxtdakı toplanış iyulun 2-dək davam edəcək. Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komandamız iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək.

"Qarabağ" Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən "Tauern" otelində məskunlaşacaq. Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq.

Qeyd edək ki, rəqiblər barədə daha sonra ictimaiyyətə məlumat veriləcək.