Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Rakuv”un qonağı olacaq “Qarabağ” iyulun 25-i saat 11.30-da Polşaya yollanacaq.
"Football-plus.az" xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanovun iyulun 25-i yerli vaxt ilə 19.40-da (Bakı vaxtı ilə 21.40) mətbuat konfransı başlayacaq. Media nümayəndələrinə nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşq isə yerli vaxt ilə 20.00-da (Bakı vaxtı ilə 22.00) matçın oynanılacağı “Miejski” stadionunda baş tutacaq.
Qeyd edək ki, “Rakuv” – “Qarabağ” matçı iyulun 26-da Bakı vaxtı ilə 22.15-də keçiriləcək.