"Qarabağ" bu gün daha iki yoxlama oyunu keçirəcək

16.07.2024 09:59 325
Ölkə futbolu
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" daha iki yoxlama oyunu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Qurban Qurbanovun komandası hər iki sınağına bu gün çıxacaq.

İlk görüşdə rəqib Xorvatiya təmsilçisi “Slaven Belupo" olacaq. Bu qarşılaşma Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.

Ağdam təmsilçisi Tirol bölgəsindəki hazırlığı “Əl-Şabab” klubuna (BƏƏ) qarşı matçla yekunlaşdıracaq. Bu görüşün start fiti isə saat 19.00-da səslənəcək.

Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində iyulun 9-da Almaniyanın “Kayzerslautern” (1:3) və Çexiyanın “Viktoriya” kollektivləri (2:1) ilə üz-üzə gəlib.