“Neftçi” futbolçusu Dembo Darbo ilə yollarını ayırıb.
"Football-plus.az" xəbər verir ki, 26 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Paytaxt təmsilçisi qambiyalı futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
2024-cü ilin avqustunda transfer olunan Darbo "ağ-qaralar"ın heyətində 19 rəsmi oyun keçirib, 5 qol vurub.
Xatırladaq ki, "Neftçi" bu yay Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer və Rafael Quzzo ilə də yollarını ayırıb.
"Neftçi" legioneri ilə müqaviləni ləğv etdi
Ölkə futbolu






