"Neftçi" legioneri ilə yollarını ayırdı

3.06.2022 17:25 875
Premyer-liqa
“Neftçi” müdafiəçisi Huqo Basto ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verdiyini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi portuqaliyalı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2021-ci ilin yayında “Neftçi”yə transfer olunmuş Basto 11 oyunda meydana çıxıb.