“Neftçi” Tamaşla yolları ayırdı

4.01.2025 21:20 325
Ölkə futbolu
“Neftçi” futbolçusu Mark Tamaşla yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 31 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bakı təmsilçisi macarıstanlı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2023-cü ilin iyulunda transfer olunmuş Tamaş “Neftçi”nin heyətində 39 rəsmi oyun keçirib.