"Neftçi": 7 futbolçu ilə müqavilə müddəti uzadılmadı! - RƏSMİ

31.05.2025 11:55 98
Ölkə futbolu / Manşet
6 futbolçunun – Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdinin "Neftçi"ylə müqavilə müddəti başa çatıb.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar" bu oyunçularla müqaviləni yeniləməyib. Həmçinin icarə müqaviləsi bitən Rüstəm Samiqullin məxsus olduğu “Sabah"a qayıdıb.

Paytaxt təmsilçisi futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb.