"Neftçi" legioneri ilə yolları ayırdı

26.11.2024 17:13 322
Ölkə futbolu
“Neftçi” futbolçusu Andre Şinyaşiki ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

Paytaxt təmsilçisi braziliyalı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2023-cü ilin avqustunda transfer olunmuş Şinyaşiki “Neftçi”nin heyətində 38 rəsmi oyun keçirib, 5 qol vurub.