Cüdoçularımızın rəqibləri məlum oldu - DÇ

12.06.2025 18:24 9
İdman
Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Qeyd edək ki, mötəbər turnirdə ölkəmizi 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Yarış sabah Bakı vaxtı ilə saat 13.30-da başlayacaq.

Kişilər
-60 kq
1/16 final

Əhməd Yusifov – Ryuju Naqayama (Yaponiya)

-66 kq
1/32 final

Ruslan Paşayev – Ronald Lima (Braziliya)

-73 kq
1/16 final

Hidayət Heydərov – Otari Kvantidze (Portuqaliya)
Rəşid Məmmədəliyev – Kazbek Naquçev (BƏƏ) / Covanni Esposito (İtaliya) cütünün qalibi ilə

-81 kq
1/16 final

Zelim Tçkayev – Pavel Jimal (Polşa) / Tsyanqnan Van (Çin) cütünün qalibi ilə

-90 kq
1/32 final

Vüqar Talıbov – Luka Maysuradze (Gürcüstan)

1/16 final
Elcan Hacıyev – Nurbek Murtozoyev (Özbəkistan) / Remi Föyye (Mavriki) cütünün qalibi ilə

-100 kq
1/16 final

Zelim Kotsoyev – Cared Koss (ABŞ) / Cennaro Pirelli (İtaliya) cütünün qalibi ilə

+100 kq
1/32 final

Uşanqi Kokauri – İqor Vraçar (Serbiya)

Qadınlar
-48 kq
1/32 final

Leyla Əliyeva – Kurbanay Kurbanova (Türkmənistan)
Könül Əliyeva – Mariya Seliya Laborde (ABŞ)

-52 kq
1/32 final

Gültac Məmmədəliyeva – Sofiya Asvesta (Kipr)

-57 kq
1/16 final

Fidan Əlizadə – Maritsa Perişiç (Serbiya)

Qarışıq komanda yarışı
1/8 final

Azərbaycan - Almaniya