Cüdoçularımızın ilk rəqibləri bəlli oldu - Böyük Dəbilqə

2.03.2023 15:26 239
İdman
Martın 3-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkü atılıb.

"Football-plus.az"ın məlumatına görə, üç gün davam edəcək yarışda mübarizə aparacaq Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.

60 kq.

Rövşən Əliyev - Nurkanat Serikbayev (Qazaxıstan)/ Mutaz Xavca (Səudiyyə Ərəbistanı)

Əhməd Yusifov - Moritz Plafki (Almaniya)

66 kq.

Kamran Süleymanov - Vilcar Lipard (Estoniya)

Ruslan Paşayev - Lennart Slamberqer (Almaniya)

73 kq.

Nəriman Mirzəyev - Bahruzi Xocazoda (Tacikistan)

Rəşid Məmmədəliyev - Şaxram Ahadov (Özbəkistan)

Qeyd edək ki, turnir Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.