Cüdoçularımızın ilk rəqibləri - “Böyük Dəbilqə”

16.06.2023 10:31 183
İdman
Qazaxıstanın paytaxtı Astana şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycan milli komandası yarışda 9 çəki dərəsində 13 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq.

3 gün davam edəcək turnir iyunun 16-18-i aralığında keçiriləcək.

Kişilər

60 kq

Kənan İsmayılov - Aybek Omirov (Türkmənistan)
Nazir Talıbov - Fransisko Mendes (Portuqaliya)

66 kq
Kəramət Hüseynov - Nurali Emomali (Tacikistan)
Kamran Süleymanov - Obid Cebov (Tacikistan)

73 kq
Telman Vəliyev – Andrev Munninqs (Baham adaları)
Rəşid Məmmədəliyev - Parahat Nazarov (Türkmənistan)

81 kq
Məhərrəm İmamverdiyev - Tim Qramkov (Almaniya)
Zelim Tçkayev - Askerbiy Qerbekov (Bəhreyn)

90 kq
Vüqar Talıbov - Louis Krieber Qaqnon (Kanada)
Elcan Hacıyev - Aleks Kret (Rumıniya)

100 kq
Aslan Mirzəyev - Bekzat Şaqatayev (Qazaxıstan)

+100 kq
Uşanqi Kokauri - Valeriy Endovitskiy (Fərdi Neytral İdmançılar) / Yerassıl Kazıbayev (Qazaxıstan)
Camal Qamzatxanov - Conas Şrayber (Almaniya)

Qadınlar

48 kq

Leyla Əliyeva - Nuralim Sarsenbek (Qazaxıstan)
Ramilə Əliyeva - Şuaixia Han (Çin)

52 kq
Aydan Vəliyeva - Ryoko Takeda (Yaponiya)
Gültac Məmmədəliyeva - Tolqanay Abeuova (Qazaxıstan) / Aziane Toro Soler (İspaniya)