Avstriya Qran-prisində cüdoçularımızın rəqibləri bəlli oldu

24.05.2023 23:15 228
İdman
24 mayda Avstriyanın Linz şəhərində Qran Pri turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 8 çəki dərəsində 8 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq. Turniri canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.

Kişilər
-60 kq.
Nazir Talıbov - Younes Saddiki (Mərakeş)
Əhməd Yusifov - Dilan Munro (Böyük Britaniya)
-66 kq.
Kamran Süleymanov - Cason Patrik Zakko (Mərkəzi Afrika Respublikası)
-73 kq.
Rəşid Məmmədəliyev - Daniel Seqado Fernandez (İspaniya)
Nurlan Osmanov - Telmo Qomes (Portuqaliya)
-81 kq.
Zelim Tçkayev - Dominik Ressel (Almaniya) / Leon Tsçilikin (Avstriya) görüşünün qalibi
-90 kq.
Murad Fətiyev - Daniel Nieto Trinidad (İspaniya)
Elcan Hacıyev - Karel Foubert (Belçika)
Qadınlar
-48 kq.
Leyla Əliyeva - Marusa Stanqar (Sloveniya)
Şəfəq Həmidova - Şəfəq Həmidova (Serbiya)
-52 kq.
Gültac Məmmədəliyeva - Karina Klaus-Sternvieser (Avstriya) / Erza Muminoviq (Kosova) görüşünün qalibi
-57 kq.
Fidan Əlizadə - Mariya Ruiz Muro (İspaniya)