Milan klubunu tərk etdi

10.06.2025 23:59 10
Dünya futbolu
Marko Arnautoviç “İnter”i tərk edib.

"Football-plus.az" xəbər verir ki, müqaviləsinin müddəti başa çatan təcrübəli futbolçu komandadan ayrılıb.

Avstriyalı hücumçu bu barədə özü məlumat verib. 36 yaşlı Marko sosial şəbəkə hesablarındakı paylaşımında Milan klubu ilə vidalaşıb.

“İnter” Marko Arnautoviçi mövsümün əvvəlində “Bolonya”dan transfer etmişdi.

Avstriya millisinin üzvü İtaliya klubunda keçirdiyi 28 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul