“İnter» ciddi itki ilə üzəşib.
«Football-plus.az» xəbər verir ki, komandanın hücumçusu Marko Arnautoviç bir müddət futbol oynaya bilməyəcək. Avstriyalı futbolçu A seriyasının «Empoli» ilə oyununda (1:0) zədələnib. Baş məşqçi Simone İnzaqi Markonun qarşıdakı oyunları buraxmalı olacağını bildirib. Hücumçunun sol bud əzələsindəki zədəyə görə təxminən iki ay futbolsuz qalacağı məlum olub.
Arnautoviç «İnter”ə bu yay «Bolonya”dan transfer olunub. O, bu mövsüm İtaliya çempionatında 5 oyunda meydana çıxıb.