“Milan”nı tərk edəcək?

1.10.2024 07:58 149
Dünya futbolu
Teo Ernandes haqqında gəzən şayiələrə reaksiya verib.

O, “Milan”dan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib. Fransalı müdafiəçi İtaliya klubunda qalacağını “mən burda çox xoşbəxtəm. Adamlar, azarkeşlər, komanda yoldaşlarım - hər kəs mənə sevgisini göstərir və bu çox vacibdi” deməklə təsdiqləyib.

26 yaşlı futbolçu “Milan”da 2019-cu ildən oynayır. Onun müqaviləsinin müddəti 2026-cı ilə qədərdi. Teo bu mövsüm bütün turnirlərdə 7 matçda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.