Karyerasını başa vuran Pepe Reyna məşqçiliyə başlayıb.
"Football-plus.az" xəbər verir ki, 42 yaşlı ispaniyalı qapıçı yeni mövsümdə “Vilyarreal”ın U-19 komandasına rəhbərlik edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Reyna 2002-05 və 2022-24-cü illərdə “Vilyarreal”da çıxış edib.
İspaniya millisinin sabiq üzvü “Barselona”, “Liverpul”, “Napoli”, “Latsio”, “Milan” və “Bavariya”da da oynayıb.