Leonardo Bonuççi çoxdan arzuladığı işə start verib. İtaliya yığmasının sabiq müdafiəçisi məşqçiliyə başlayıb.
Bu ilin mayında futbolçu karyerasını başa vuran 37 yaşlı sabiq müdafiəçi İtaliyanın U-20 yığmasında çalışacaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Bonuççi U-20-nin baş məşqçisi Bernardo Korradinin köməkçisi təyin edilib.
Xatırladaq ki, o, İtaliya yığması ilə 121 matçda iştirak edib və 8 qol vurub. Karyerasının böyükhissəsini “Yuventus”da keçirən Bonuççinin AÇ-2020-in qalibi olduğunu da əlavə edək.