Klubuna bu dəfə gərək olmadı

4.06.2024 19:50 149
Dünya futbolu
Pepe Reyna “Vilyarreal”dakı işini itirib.

“Football-plus.az” xəbər verir ki, İspaniya klubu qapıçı ilə yolları ayırıb. Klubun mətbuat xidmətinin məlumatına görə, 41 yaşlı futbolçunun müddəti iyunun sonunda başa çatacaq müqaviləsi yenilənməyib.

İspaniya millisinin sabiq üzvü “Vilyarreal”da 2022-ci ildən çıxış edirdi. “Barselona”nın yetirməsi olan Reyna “Liverpul”, “Napoli”, “Bavariya”, “Milan”, “Aston Villa” və “Latsio”da da çıxış edib.