Pepe Reyna karyerası ilə bağlı vacib qərar verib.
“Komo”nun qapıçısı mövsümün sonunda futbolçu həyatını başa vuracaq. Bu barədə özü açıqlama yayıb. 42 yaşlı futbolçunun sonuncu matçı İtaliya A seriyasının 38-ci turunda keçiriləcək “Komo” – “İnter” qarşılaşması olacaq. O, karyerasını başa vurandan sonra “Vilyareal”ın akademiyasında çalışacaq.
Reyna “Barselona”, “Liverpul”, “Bavariya”, “Napoli”, “Milan”, “Aston Villa”, “Vilyareal” və “Latsio”da da çıxış edib. Onun 2010-cu ildə İspaniya yığması ilə dünya çempionatının qalibi odluğunu da bildirək.