Gözlənilən transfer rəsmiləşdi

2.06.2025 11:17 13
Dünya futbolu
Ceremi Frimponqun “Liverpul”a transferi rəsmiləşib.
İngiltərə klubu niderlandlı futbolçunu “Bayer-04”dən transfer edib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə çempionu 24 yaşlı cinah müdafiəçisinin transferi üçün Leverkuzen klubuna 35 milyon avro ödəyib. Ceremi ilə 5 illik müqavilə imzalanıb.

Frimponq son mövsümdə “Bayer-04”ün heyətində 48 oyuna çıxaraq 5 qol vurub və 12 məhsuldar ötürmə edib.