“Qarabağ”ın rəqibində yeni müqavilə

3.10.2023 20:51 216
Dünya futbolu
“Bayer-04” rəhbərliyi Ceremi Frimponq ilə yeni müqavilə bağlayıb.

"Football-plus.az" xəbər verir ki, Almaniya klubunun saytının məlumatına görə, 22 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, Ceremi “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Bayer-04”də 2021-ci ilin yanvarından çıxış edir. Niderlandlı futbolçu bu mövsüm Almaniya çempionatının 6 matçında iştirak edib və1 qol vurub.