Londondan Madridə yollandı

23.08.2024 14:52 312
Dünya futbolu
Gözlənildiyi kimi, Konor Qallaher “Çelsi”dən ayrılıb.

Yarımmüdafiəçinin “Atletiko”ya keçidi rəsmiləşib. İspaniya klubunun yaydığı məlumata görə, 24 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalanıb. “Atletiko” bu transfer üçün İngiltərə klubuna 40 milyon avro ödəyib.

Qeyd edək ki, Konor İngiltərə premyer-liqasının 2023/24 mövsümündə 37 oyuna çıxaraq 5 qol vurub və 7 məhsuldar ötürmə edib.