Gözlənilən keçid rəsmiləşdi

16.08.2024 21:34 318
Dünya futbolu
“Barselona”nı tərk edən Xulian Arauxonun yeni klubuna keçidi rəsmiləşib.

“Bornmut” cinah müdafiəçisini heyətinə cəlb edib. İngiltərə klubunun mətbuat xidmətini yaydığı xəbərə görə, 23 yaşlı meksikalı futbolçu üçün 10 milyon avro ödənilib. Onunla 5 illik müqavilə imzalanıb.

Müqavilədə “Barselona”nın Arauxonu “Bornmut”dan geri ala biləcəyi ilə bağlı bənd nəzərdə tutulmayıb.
Xatırladaq ki, Xulian “Barselona”ya 2023-cü ilin yanvarında transfer olunmuşdu.