“Araz-Naxçıvan” iki legioneri ilə müqaviləni yenilədi

28.05.2025 11:57 8
Ölkə futbolu
Baş məşqçi Elmar Baxşıyevlə anlaşan “Araz-Naxçıvan” iki futbolçusu ilə yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, Kristian Avram və İssuf Paro növbəti mövsümdə də "qırmızı-ağlar"ın formasını geyəcək.

Qolkiperlə 1, müdafiəçi ilə "1+1" il müddətinə anlaşma əldə olunub.

Qeyd edək ki, hazırda Moldova millisinin düşərgəsində olan Avram 2023-cü, Paro isə 2024-cü ildən “qırmızı-ağlar”ın heyətindədi.