Avram Moldova millisinə çağırıldı

25.09.2024 10:52 131
Ölkə futbolu
“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, qolkiper ölkəsinin Millətlər Liqası çərçivəsində oktyabrda keçiriləcək oyunlar üçün ölkəsinin əsas komandasına çağırılıb.

Moldova millisi oktyabrın 10-da Kişinyovda Andorra, 3 gün sonra səfərdə Malta ilə qarşılaşacaq.

Qeyd edək ki, Kristian Avram 2021-ci ildən Moldova millisinə çağırılır.