"Araz-Naxçıvan" legioneri ilə yeni müqavilə imzaladı

5.06.2024 15:36 174
Ölkə futbolu
“Araz-Naxçıvan” futbolçusu Miço Kuzmanoviçlə yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, Bosniya və Hersoqovinadan olan yarımmüdafiəçi qarşıdakı 1 ildə də Naxçıvan təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriqes, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla müqavilə bağlayıb.