Avram Moldova millisində

31.10.2024 16:17 1 371
Ölkə futbolu
Moldova millisinin Millətlər Liqası çərçivəsində noyabrda keçirəcəyi matçlar üçün heyəti aaçıqlanıb.

"Football-plus.az" xəbər verir ki, yığmanın heyətinə "Araz-Naxçıvan"ın qapıçısı Kristan Avram da dəvət alıb.

30 yaşlı qolkiper Moldova millisinin səfərdə noyabrın 16-da Andorra, 3 gün sonra Cəbəllütariqla keçirəcəyi oyunlar üçün çağırılıb. Avram noyabrın 11-dən 20-dək yığmanın düşərgəsində olacaq.

Qeyd edək ki, bunadək "Turan Tovuz"un futbolçusu Denis Marandiçi də Moldova millisinə çağırılıb.