“Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyevlə yeni müqavilə imzalayıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssis 2025-26-cı illər mövsümündə də “qırmızı-ağlar”ı çalışdıracaq. Onunla anlaşma 1 illikdi.
Qeyd edək ki, “Araz-Naxçıvan” Misli premyer-liqasının 2024-25-ci illər mövsümünü 3-cü pillədə başa vurub və tarixində ilk dəfə Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.
Xatırladaq ki, Baxşıyev ötən ilin aprelindən Muxtar Respublika təmsilçisinin baş məşqçisidi.