Neapolda qaldı

31.07.2024 14:06 302
Dünya futbolu
Maykl Folorunşo “Napoli” ilə müqaviləsini yeniləyib.

İtaliya klubunun rəsmi saytının məlumatına görə, 26 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulub.

Folorunşo 2019-cu ildən “Napoli”nin futbolçusudu. O, ötən mövsümü icarə əsasında “Verona”da keçirib. Yarımmüdafiəçi bu yay Almaniyada keçirilən Avropa çempionatında İtaliya yığmasının heyətində Albaniya ilə oyunda (2:1) meydana çıxıb.