Neapolu Liverpula dəyişdi

29.07.2024 16:50 311
Dünya futbolu
“Everton” “Napoli”nin oyunçusu Yesper Lindströmü icarəyə götürüb.

Liverpul klubunun saytının yaydığı xəbərə görə, 24 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümünü bu status ilə premyer-liqa təmsilçisində keçirəcək. “Everton”un gələn ilin yayında danimarkalı oyunçunun transfer hüququnu birdəfəlik almaq imanı olacaq.

Yesper neapolluların heyətində 29 oyun keçirib.