Rəmzi komandada 4 “Tottenhem”li

27.05.2025 15:33 9
Dünya futbolu
Avropa Liqasında mövsümün rəmzi komandası müəyyənləşib.

UEFA-nın Texniki Müşahidəçilər Qrupunun ümumi rəyinə əsasən, 5 klubun üzvləri mövsüm ərzində özünü ən yaxşı tərədən göstərə biliblər. Çempion “Tottenhem” rəmzi komandada daha çox - 4 futbolçu, “Mançester Yunayted” və “Bude/Qlimt” 2, “Ayntraxt” (Frankfurt), “Lion” və “Atletik” isə 1 futbolçu ilə təmsil olunub.

Qapıçı: Qulyelmo Vikario (Tottenhem).

Müdafiəçilər: Pedro Porro, Kristian Romero (hər ikisi “Tottenhem”), Robin Kox (Ayntraxt F), Fredrik-Andre Byorkan (Bude/Qlimt).

Yarımmüdafiəçilər: Patrik Berq (Bude/Qlimt), Bruno Fernandeş, Kazemiro (hər ikisi “Mançester Yunayted”).

Hücumçular: Rayan Şerki (Lion), Dominik Solanke (Tottenhem), Niko Uilyams (Atletik).