Konfrans Liqasının 2022/23 mövsümünün rəmzi komandası müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, UEFA-nın texniki müşahidəçilər qrupunun rəyi əsasında tərtib olunan “11-liy”ə üç komandanın oyunçuları layiq biliniblər.
Çempion “Vest Hem” mövsümün komandasında 6, finalçı “Fiorentina” 3, yarımfinalçı “Bazel” isə 2 oyunçu ilə təmsil olunub: qapıçı – Alfons Areola (Vest Hem); müdafiəçilər – Dan Ndoy (Bazel), Nikola Milenkoviç, Kristiano Biraqi (hər ikisi “Fiorentina”), Nayef Agerd (Vest Hem); yarımmüdafiəçilər – Andi Diuf (Bazel), Lukas Paketa, Deklan Rays (hər ikisi “Vest Hem”); hücumçular – Nikolas Qonsales (Fiorentina), Mikayl Antonio, Carrod Bouen (hər ikisi “Vest Hem”).