Avropa Liqasında yarımfinalçılar müəyyənləşib.
Həmin mərhələdə oynamaq hüququ qazananlardan biri də “Bude/Qlimt”di. Həmin “Bude/Qlimt” ki, turnirin cari mövsümündə yeganə ev məğlubiyyətini noyabrın 7-də “Qarabağ”dan alıb (1:2).
Maraqlıdı ki, “Bude/Qlimit” yarımfinalda “Qarabağ”ın əsas mərhələdəki bir başqa rəqibi “Tottenhem”lə qarşılaşacaq. Və daha bir maraqlı məqam: ağdamlıların əsas mərhələdəki rəqiblərindən “Lion” da srağagün möcüzə sayəsində “Mançester Yunayted”ə uduzdu.
Bütün bu məqamlar Azərbaycan çempionunun əsas mərhələdə hədsiz çətin rəqiblərlə mübarizə aparmasından xəbər vermirmi? Bu sualı təcrübəli mütəxəssis Arif Əsədova ünvanladıq: