Millimiz 1/4 final oyununa çıxacaq

27.05.2025 10:27 12
İdman
3x3 basketbol üzrə millimiz Dünya Qadın Seriyasının Bakı mərhələsində bu gün 1/4 final oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, yığma Latviya ilə üz-üzə gələcək.

Qarşılaşma saat 18.15-də start götürəcək.

Qeyd edək ki, komandamız ötən gün qrup mərhələsində Niderlanda 13:19 hesabı ilə uduzub, Çexiyanın "Praqa" klubuna qalib gəlib - 16:12.