Yığmamız 1/4 finalda - Qadın Seriyası

27.05.2025 09:09 6
İdman
Basketbolun 3x3 növü üzrə Qadın Seriyasının Bakı mərhələsinə start verilib.

"Football-plus.az" xəbər verir ki, turnirdə 16 komanda mübarizə aparır.

A qrupunda yer alan millimiz ilk görüşdə Niderlandla üz-üzə gəlib. Matç rəqibin xeyrinə başa çatıb - 19:13. İkinci oyunda yığmamız "Praqa" ilə qarşılaşıb. 16:12 hesabı ilə üstün olan komandamız mərhələ adlayıb.

1/4 finala yüksələn komandamızın rəqibi Latviya olacaq. Oyun bu gün saat 18:15-də start götürəcək.

Təsnifat mərhələsi
Qadın seriyası
Bakı mərhələsi
A qrupu
26 may

Niderland – Azərbaycan - 19:13
Praqa – Azərbaycan - 12:16

Xal durumu: Niderland - 2, Azərbaycan - 1, "Praqa" - 0

Qeyd edək ki, qrup mərhələsində ilk iki yeri tutan komandalar 1/4 finala adlayıb.