Millimiz İtaliyaya qarşı

3.06.2024 11:30 129
Ölkə futbolu
Bu gün minifutbol millimiz Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, komanda İtaliya millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19.00-da start götürəcək.

Qeyd edək ki, millimiz ötən gün turnirdəki ilk matçında Belçikaya 3:0 hesabı ilə qalib gəlib. İtaliya isə Fransaya uduzub - 1:3. Komandamız iyunun 4-də Fransa ilə qarşılaşacaq.