Millimiz növbəti matçına çıxacaq

14.07.2024 11:06 285
Yığma
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda bu gün final matçına çıxacaq.

"Football-plus.az” xəbər verir ki, komanda Kipr yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.

Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən Evren Alkayanın yetirmələri yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb - 92:62. Qızların yarışına Cəbəllütariq ev sahibliyi edir.