Belə ki, rəqib futbolçular həm oyunöncəsi məşqdən, həm də matçdan sonra BOS-un hamamlarında duş qəbul etmədi. “Arılar”ın baş məşqçisi Niko Kovaç mətbuat konfransında bu məsələni şəxsi seçim kimi təqdim etdi və bildirdi ki, qaldıqları “Abşeron Marriott” otelində daha yaxşı şəraitdə yuyunmaq istəyirlər. “Bild” isə mövzunu fərqli izah etdi. Həmkarlarımız bildirdi ki, buna suda bakteriyaların olması haqda şübhələrin ortaya çıxması səbəb olub.
“Borussiya”nın iddiaları haqda mövqeyini öyrənmək məqsədilə BOS-un mətbuat xidmətinin rəhbəri Firuz Abdullaya müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Bu hadisələrin heç bir əsaslı mahiyyəti yoxdu. Duşlarla bağlı hansısa problemdən söhbət gedə bilməz. Sadəcə, otelin duşunun stadiondakından daha yaxşı olduqlarını bildiriblər. Əslində belə olması təbiidi. Beşulduzlu otellə hansısa stadionun hamam şəraitini müqayisə etmək mənqitli deyil. Suda hansısa bakteriyanın olduğu haqda iddialar da əsassızdı. Azı ona görə ki, bakteriyanın varlığını müəyyənləşdirmək üçün üç yol var. Ya şəxs özü analiz verməli, ya su laborator şəraitdə təhlil edilməlidi, ya da su mənbəyinin borularında yoxlama aparılmalıdı. Əlbəttə, “Borussiya” bunların bir gün ərzində heç birini edə bilməyib. Stadiondakı suyun keyifiyyəti hər il müvafiq laboratoriya tərəfindən təhlil olunur və uyğun sertifikat verilir. Hazırda qüvvədə olan sertifikatımız var”.
KƏNAN BAHADIR





