Dortmund “Borussiya”sı Çempionlar Liqasının liqa mərhələsində “Sabah”la oyundan sonra Azərbaycana təşəkkürünü bildirib.
"Football-plus.az" xəbər verir ki, Almaniya təmsilçisi rəsmi “Instagram” səhifəsində Azərbaycan dilində paylaşım edib.
“Qonaqpərvərliyiniz üçün ÇOX TƏŞƏKKÜR EDİRİK, yenidən məmnuniyyətlə gələcəyik!!” - deyə klubun paylaşımında qeyd olunub.
Xatırladaq ki, dünən Bakı Olimpiya Stadionunda keçirilən görüş “Borussiya”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Borussiya"dan Azərbaycan dilində minnətdarlıq - "...yenidən məmnuniyyətlə gələcəyik"
Avrokuboklar





