Türkiyə yığmasında Vinçentso Montella ilə yolların ayrılmasının ardından Sərgən Yalçının baş məşqçi postuna gətirildiyini xəbər vermişdik.
Federasiyadan da artıq bununla bağlı rəsmi açıqlama gəlib və təcrübəli məşqçi ilə dördillik anlaşma əldə olunduğu vurğulanılıb.
Bu arada Yalçın üçün cümə axşamı - oktyabrın 22-də imza mərasimi keçiriləcəyi məlum olub. Mərasim federasiyanın Hasan Doğanın adını daşıyan və Rivada yerləşən mərkəzində keçiriləcək. Yerli vaxtla saat 14.00-da başlayacaq mərasimdə federasiya prezidenti İbrahim Hacıosmanoğlu da iştirak edəcək.
Qeyd edək ki, son olaraq ''Beşiktaş''ı çalışdıran 53 yaşlı Yalçın mayın ortalarından bu yana işsiz idi. O, federasiya ilə anlaşmasının ardından ''Kafa Sports'' adlı ''yutub'' kanalına açıqlamasında bildirib ki, qarşı tərəflə maaş barədə heç bir söhbət aparmayıb.
TFF Sərgən Yalçın üçün imza mərasimi keçirəcək
Dünya futbolu




